Bakıda 23 yaşlı gənc qətlə yetirildi
Bakıda qətl törədilib.
Sabunçu rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, 1994-cü il təvəllüdlü rayon sakini Vüqar Bayraməli oğlu Əlizadə aralarında yaranmış mübahisə zəminində həmyerlisi, 1993-cü il təvəllüdlü Kamran Yaşar oğlu Quliyevi bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən V.Əlizadə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.