Türk tankı İŞİD mövqeyini belə dağıtdı - HADİSƏ ANI
Türk tankının Suriyada İŞİD terrorçularını vurma anı kameralara düşüb. APA TV-nin məlumatına görə, "Fərat qalxanı" hərəkatı çərçivəsində Türkiyə dəstəkli Azad Suriya Ordusu Əl Bab qəsəbəsi ətrafında irəliləyir.
PYD-nin Əl Baba girməsini əngəlləmək üçün müxaliflər Əl-Bab-Menbiç yolu üzərində strateji önəmli Acemiyə kəndini İŞİD-dən alıb.
Əməliyyatda Azad Suriya Ordusuna dəstək verən Türkiyə Xüsusi Təyinatlılarının yerləşdiyi mövqeyə girməyə çalışan İŞİD terrorçuları M60T (Sabra) tankı ilə vurulub. Türk hərbçilərinin terrorçuları məhv etmə anı kameralara düşüb.