Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Rac Xəlilov “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində ölüb.