Çexiyada saxta sənəd düzəldən ERMƏNİLƏR ƏLƏ KEÇDİ!
Praqada saxta sənədlər düzəltmək üzrə ixtisaslaşmış cinayətkar qruplaşmanın üzvləri həbs edilib. Araşdırma zamanı mütəşəkkil cinayətkar dəstəyə 47 yaşlı Ermənistan vətəndaşının rəhbərlik etdiyi müəyyənləşib. Dəstənin sənədlərin saxtalaşdırılması ilə məşğul olan beynəlxalq şəbəkənin bir qolu olduğu aşkarlanıb. Dəstə üzvləri Almaniya, Avstriya, Fransa, Norveç, Finlandiya və digər Avropa ölkələrində saxta pasport, şəxsiyyət vəsiqələri və sürücülük vəsiqəsi düzəltməklə məşğul olub. Saxlanan şəxslərdən altı nəfərə artıq rəsmi ittiham irəli sürülüb, onları 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bundan başqa istintaq zamanı əldə edilən məlumatlar əsasında eyni cinayət faktı üzrə Çexiyanın hüdudlarından kənarda daha 19 nəfər saxlanıb. Polis ümumilikdə saxta sənədlərin düzəldildiyi ehtimal edilən 50 evdə axtarış aparıb. İnterpolun da cəlb edildiyi əməliyyat zamanı cinayətkar dəstənin bu qanunsuz fəaliyyətdən 1,2 milyon kron gəlir əldə etdiyi üzə çıxıb. 47 yaşlı Ermənistan vətəndaşının rəhbərlik etdiyi dəstəyə daha iki erməni, bir moldovalı, bir ukraynalı, bir tunisli və bir əlcəzairli daxil olub. Onlar əsasən ərəb ölkələrindən və postsovet məkanından gələn şəxslər üçün saxta sənədlər düzəltməklə məşğul imiş.