Gələn il Novruz bayramında 9 gün qeyri-iş günü olacaq
Nazirlər Kabineti 2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında qərar verib.
APA TV-nin məlumatına görə, qərara əsasən, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 26, 27 iyun Ramazan bayramı, 1, 2 sentyabr Qurban bayramıdır.
19, 20, 25 və 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında ardıcıl 9 gün qeyri-iş günü olacaq.
Qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü hesab edilmir.