Türk əsgərləri Suriyada itkin düşdü - İŞİD İDDİASI
"Fərat qalxanı" əməliyyatında iştirak edən Türkiyə ordusunun əsgərləri Suriyada itkin düşüb. APA TV-nin məlumatına görə, Türk Silahlı Qüvvələri faktı təsdiqləyib.
2 hərbçi ilə əlaqə gündüz saatlarında kəsilib. Onların İŞİD terrorçuları tərəfindən qaçırıldığı istisna olunmur.
Əsgərlərin axtarışı bölgədə davam etdirilir.