Hacıqabulda dəhşətli yol qəzası – 1 ÖLÜ, 3 YARALI!

Hacıqabulda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-yə verilən məlumata görə, Hacıqabul rayonunun Muğan kəndi ərazisində, Bakı-Qazax yolunun 130-cu kilometrliyində Goranboy rayonunun Dəliməmmədli kənd sakini, 27 yaşlı Ağayev Emin Arif oğlunun idarə etdiyi “QAZel” markalı yük maşını ilə Şəmkir sakini 30 yaşlı İsmayılov Elçin Qəmbər oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan 4 nəfər Şirvan şəhər xəstəxanasına yerləşdirilib. “Mersedes”in sürücüsü reanimasiya şöbəsində dünyasını dəyişib. “QAZel” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər - Ucar rayonunun Müsüslü kənd sakini Həmidov Orxan Afiq oğlu və sürücünün qardaşı Ağayev Ənvər Arif oğlu həkim nəzarəti altındadır. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı