Tovuzda bir gecədə İKİ MAĞAZA QARƏT EDİLDİ!

Tovuz rayonunda bir gecədə iki mağaza qarət olunub. Bu barədə məlumatı APA TV-yə Tovuz rayon Polis Şöbəsindən veriblər. Məlumata görə, Tovuz rayonun Bozalqanlı kəndində naməlum şəxs və ya şəxslər kənd sakini Nofəl Quliyevə məxsus mağazanın qapısını qıraraq içəriyə daxil olub və oğurluq ediblər. Mağaza sahibinin sözlərinə görə, mağazadan xeyli sayda ərzaq, spirtli içki, ət məhsulları, tütün məmulatları və bahalı geyim aparılıb. Həmçinin kassadan 300 manat pul götürüldüyü də bildirilir. Oğurluq edən şəxs və ya şəxslər yaxınlıqdakı daha bir mağazanı da yarıblar. Mağaza sahibi Azər Hüseynovun dediyinə görə, oğrular dükandan tütün məmulatları, spirtli içkilər, yuyucu tozlar və kassadan 160 manat məbləğində pul aparıblar.

Faktla bağlı cinayət işi açılıb. Tovuz rayon Polis Şöbəsində oğurluq edənlərin tapılması istiqamətində tədbirlər həyata keçirilir.
 

Müəllif | Apa.Tv
Azər Məmmədli