Sabit, yağmursuz, küləkli - HAVA PROQNOZU

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında cənub küləkləri üstünlük təşkil edəcək. Havanın temperaturu gecə saatlarında 10-12, günorta saatlarında isə 18-23 dərəcə olacaq.

 

Bölgələrdə də hava şəraiti mülayim, gün ərzində əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.
 

Havanın temperaturu Mərkəzi Aran rayonlarında günorta saatlarında 19-24 dərəcə isti, dağlarda isə günorta saatlarında 13-18 dərəcə isti olacaq. Yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərədüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova