Dollar yenə bahalaşdı - SABAHIN MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının dekabrın 2-nə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, dolların məzənnəsi bu günlə müqayisədə artaraq 1,7339 səviyyəsində müəyyən olunub.
Xatırladaq ki, bu gün dollar 1,7318 manata bərabər olub.