Bakıda mənzildən meyit tapıldı
Bakıda mənzillərdən birində meyit tapılıb. APA TV-nin FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xətai rayonunda evdə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə informasiya daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq evin qapısını açıb və 1968-ci il təvəllüdlü Əliyev Rauf Rəis oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.