Neftin qiyməti son bir ildə ən yüksək həddə çatdı
Dünya birjalarında neft bahalaşmaqda davam edir. APA TV-nin məluamtına görə, "Brent" markalı neftin 1 barelinin qiyməti 2015-ci ilin oktyabrın 9-dan bu vaxtadək ilk dəfə olaraq 54 dolları keçib.
Dekabrın 1-i axşam saatlarında "Brent" markasının 1 barelinin dəyəri 3,99 faiz artaraq 53,92 dollar olub, bundan bir az əvvəl isə qiymət 54,02 dollaradək qalxıb.
WTI neftinin yanvar füçersləri isə 3,90 faiz artaraq 1 barelə görə 51,37 dollar təşkil edib.
Qeyd edək ki, neftin kəskin bahalaşmasına səbəb OPEK-ə üzv olan ölkələrin hasilat həcminin məhdudlaşdırılmasına dair qərar qəbul etməsi olub.