Türkiyədə PKK ilə qanlı döyüş: 3 əsgər şəhid oldu, 3-ü yaralandı
Türkiyənin Hakkari vilayətinin Çukurca qəsəbəsində hərbçilərlə PKK-lılar arasında döyüş olub. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri və terrorçular arasında baş verən atışma nəticəsində 3 əsgər şəhid olub, 3-ü yaralanıb.
İnsidentdən sonra hərbi təyyarələrin dəstəyi ilə çox sayda terrorçunun məhv edildiyi bildirilir.
Bölgədə anti-terror əməliyyatları genişləndirlib.