"Survivor-2017" heyəti: Atakan, Turabi, Nihat Altınkaya, Hilmi Cem...
Acun Ilıcalı "Survivor 2017" yarışına qatılacaq bəzi tanınmış şəxslərin adlarını açıqlayıb. APA TV-nin məlumatına görə, Dominikan Respublikasında keçiriləcək müsabiqədə əvvəlki yarışlarda iştirak etmiş populyar simalar var.
Son müsabiqənin qalibi "Avatar" Atakan 2017-ci ildə də yarışda iştirak edəcək. Son yarışın populyar simalarından Nagehan Karadərə də müsabiqəyə dəvət alıb. Son illər bu yarışmalarda iştirakları ilə böyük populyarlıq qazanan Nihat Altınkaya, Merve Aydın, Serenay Aktaş, Murat Ceylan, Hilmi Cem də "Survivor-2017"də iştirak edəcək. "Survivor" yarışmalarının ən yadda qalan siması Turabi Camkıranın da bu ilki yarışda iştirak edəcəyi gözlənilir.
Yarışın sürpriz simaları arasında sənətçilər Nihat Doğan, Bülənt Serttaş, Can Bonomo, Ebru Şallı, aktyor Kərəm Bursin, İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs, modellər Dəniz Akkaya, Begüm Yücetan, Ecel Çırpan, futbolçu İlhan Mansız, Olimpiya Oyunlarında 10 min metrə qaçışda Türkiyəyə gümüş medal qazandıran Elvan Abeylegese də var. Bundan başqa "Survivor-2017" yarışına "Beşiktaş"ən əfsanə futbolçusu Daniel Amokaçinin də qatılacağı gözlənilir. Yarışın yekun heyəti dekabrın sonlarında açıqlanacaq. "Survivor-2017" yarışının ilk bölümü gələn il yanvarın 22-də yayımlanacaq.