"Mercedes" hərəkətdə olarkən alışdı
Şəmkirdə avtomobil yanıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 391-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan1983-cü il təvəlüldlü Sadiq Rüstəmova məxsus “Mercedes” anidən alışıb. Hadisə yerinə Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Alov tez bir zamanda söndürülüb. Ərazidəki ağaclar yanğından mühafizə olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.