Ağstafada maşın sürüyə girdi, 12 qoyun tələf oldu
Ağstafada avtomobil qoyun sürüsünə çırpılıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə hadisə Bakı-Qazax- Gürcüstan avtomobil yolunun 473-cü kilometrliyində, rayonun Dağkəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hələ ki, markası və sürücüsü məlum olmayan avtomobil magistral yol çıxan kənd sakini Zabul Hacıyeva məxsus qoyun sürüsünə çırpılaraq 12 baş xırda buynuzlu heyvanı tələf edib. Heyvan sahibinin bildirdiyinə görə qoyun sürüsü gecə saatlarında tövlədən qaçaraq yola çıxıb. Qəza səsinə yola çıxan Zabul Hacıyev heyvanlarının 12-nin yerə sərildiyini bir neçəsinin isə xəsarət aldığını görüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.