Prezident YAP Tərtər rayon təşkilatının yeni binasının açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak ediblər.
APA-nın məlumatına görə, prezident rəmzi açılışı bildirən lenti kəsib, bina ilə tanış olub.
Binanın inşasına 2014-cü ildə başlanılıb və bu ilin avqustunda başa çatdırılıb.
Ümumi sahəsi 510 kvadratmetr olan ikimərtəbəli binada 50 yerlik iclas zalı, iş və texniki otaqlar yaradılıb.
Dövlət başçısı yeni binanın açılışı münasibətilə YAP Tərtər rayon təşkilatının üzvlərini təbrik edib.