Rusiyada qətliam kimi qəza: 10-u uşaq olmaqla 12 nəfər öldü
Rusiyanın Tümen vilayətində avtomagistralda baş verən qəza nəticəsində 12 nəfər ölüb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Xantı-Mansiysk magistralında avtobus, iki minik maşını və bir yük maşını toqquşub.
Avtobusda 29-u uşaq olmaqla, 32 nəfər olub. Ölənlərdən 10-u uşaqdır. Qəzanın baş verməsində avtobus sürücüsü təqsirli bilinir. Hadisə yerinə 10 təcili yardım briqadası göndərilib.