ABŞ-da 33 nəfər diri-diri yandı
ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubunda baş vermiş yanğın nəticəsində 33 nəfər ölüb.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə baş verdiyi an gecə klubunda 100-dək insan olub.
Ölənlərin sayının artması ehtimalı var. Yanğının səbəbləri hələ də naməlum olaraq qalır. Hazırda hadisə yerində polis və xilasediciləri işləyir.