Gəncədə 49 yaşlı qadın hamamda öldü
Gəncədə 49 yaşlı qadın hamamda ölüb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin E. Qurbanov küçəsində ev 17-də qeydə alınıb.
Həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Flora Haçıyeva hamamda ölüb. Qadının dəm qazından boğularaq öldüyü ehtimal olunur. Ancaq ölümün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.