Heydər Camal vəfat etdi
Rusiyanın Azərbaycan əsilli tanınmış ictimai xadimi Heydər Camal dünyasını dəyişib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə rəhbəri olduğu ictimai birlikdən məlumat verilib.
Heydər Camal 6 noyabr 1947-ci ildə Moskva şəhərində anadan olub. 1965-1968-ci illərdə Moskva Dövlət Universiteti nəzdində Şərq Dilləri İnstitutunda təhsil alıb. 80-ci illərin sonlarından etibarən keçmiş SSRİ-də İslamyönümlü siyasi proseslərin aktiv iştirakçısına çevrilib. 1990-cı ildən fəaliyyət göstərən Həştərxan İslam Partiyasının yaradıcılarından olub. 1995-ci ildə "İslam Komitəsi" hərəkatını təsis edib. 2010-cu il martın 10-da müxalifətin irəli sürdüyü "Putin getməlidir!" adlı müraciət sənədinə imza atanlardan biri olan Heydər Camal Rusiya hakimiyyətinə müxalifyönümlü baxışları ilə tanınıb.