Suriyada daha bir rus təyyarəsi qəzaya uğradı
Rusiyaya məxsus hərbi təyyarə qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, hadisə barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Aralıq dənizində "Admiral Kuznetsov" hərbi gəmisindən havaya qalxan "SU-33" təyyarəsi eniş vaxtı göyərtədən kənara çıxıb. Özünü təyyarədən atan pilot dənizdən sağ çıxarılıb.
Qeyd edək ki, bir neçə həftə öncə də "Admiral Kuznetsov"a enmək istəyən təyyarə qəzaya uğramışdı.