“VAZ-2107” "KamAZ"ın altına girdi: 2 ÖLÜ, 4 YARALI

Masallı rayonunda ağır yol qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, qəza Ələt-Astara şose yolunun 156-cı km-də, Masallı rayonunun Təzə Alvadı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Təzə Alvadı kənd sakini, 1977-ci il  təvəllüdlü Abid Habil oğlu Qasımovun idarə etdiyi “VAZ-2107” markalı, 10 NR 424 dövlət nömrə nişanlı avtomobil Masallı rayon sakini, 1987-ci il təvəllüdlü Samur Həsənağa oğlu Talıbovun idarə etdiyi “KamAZ” markalı, 44 BM 812 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

 

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və “VAZ-2107”-də olan 4 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq, Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, “VAZ 2107”-nin sürücüsünün və sərnişinlərindən birinin, Təzə Alvadı kənd sakini, 1986-cı il təvəllüdlü Rövşən Zakir oğlu Qasımovun həyatını xilas etmək mümkün olmayıb. Onlar xəstəxanada ölüblər.

Digər xəsarət alanlar –1981-ci il təvəllüdlü Rafiq Qabil oğlu Qasımov, Nəzakət Qabil qızı Qasımova və Gülnarə Teymur qızı Qasımovanın vəziyyəti isə orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv