Gəncədə 5 avtomobil toqquşdu
Gəncədə 5 avtomobil toqquşub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Müseyib Bağırov və Nizami Gəncəvi küçələrinin kəsişməsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2102” və “VAZ-21099” markalı avtomobillər toqquşub. Qəza zamanı həmin avtomobillər yolun kənarında dayanan “QAZ-24”, “Hyunday Sonata” və “QAZel” markalı maşınlara çırpılıblar. Hadisə zamanı 80 yaşlı Yusif Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.