Goranboyda 1200 ton pambıq kül oldu
Goranboyda pambıq qəbulu məntəqəsində yanğın olub.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, məntəqədə yığılan, hər biri təxminən 300 ton olan 4 pambıq tayası alışıb.
Hadisə yerinə FHN-in Goranboy rayon Yanğından Mühafizə Hissəsinin 6 yanğınsöndürən avtomobili və xeyli canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, yanğının digər tayalara keçməsinin qarşısı alınıb.
Yanğının səbəbləri araşdırılır.