Yaxın iki ildə dollar-manat məzənnəsi necə dəyişəcək? - “Fitch”in proqnozu
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan manatının məzənnəsi ilə bağlı proqnozlarını açıqlayıb. APA TV-nin məlumatına görə, agentliyin analitikləri 2016-2018-ci illərdə manatın dollara nisbətən məzənnəsinin 1,55-1,7 səviyyəsində dəyişəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı dekabrın 8-i üçün dolların məzənnəsini 1,7369 səviyyəsində saxlayıb. Dekabrın 7-də isə dollar bir gün əvvəllə müqayisədə 0,17% möhkəmlənib.