ABŞ-da atışma: bir polis əməkdaşı öldü, biri yaralandı
ABŞ-ın Corciya ştatının Amerikus şəhərində silahlı insident baş verib. Hadisə yaşayış komplekslərinin birində qeydə alınıb.
İnsident nəticəsində bir polis əməkdaşı ölüb, digəri isə yaralanıb.
Cinayətkarın şəxsiyyəti müəyyənləşdirilib. Onun tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Hadisənin motivi hələlik məlum deyil.
İnsidentlə əlaqədar hadisə yerinin yaxınlığında yerləşən universitet bağlanıb.