Türkiyədə “imam ovu” başladı - FETÖ ƏMƏLİYYATI
FETÖ təhqiqatı çərçivəsində Türkiyə polisinə yönələn genişmiqyaslı əməliyyat başlanıb. APA TV-nin məlumatına görə, əməliyyat mərkəz İstanbul olmaqla 16 vilayətdə keçirilir.
FETÖ-nün Türkiyə və İstanbul üzrə polis imamlarının da aralarında olduğu 58 nəfərin saxlanması üçün 66 ünvanda eyni zamanda əməliyyat keçiriləcək. 100 nəfərlik polisin keçirdiyi əməliyyatda FETÖ-nün polis imamı olaraq tanınan "Kozanlı Ömər" kod adlı Osman Hilmi Özdil də saxlanılacaqlar siyahısındadır.
Saxlanılacaq FETÖ üzvlərinin 9-nun yüksək çinli "abi", 17-nin peşə "abi"ləri olduğu bildirilir.