Dolların məzənnəsi 1,74 manatı ötdü
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının dekabrın 9-na olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, dolların məzənnəsi bu günlə müqayisədə artaraq 1,7430 səviyyəsində müəyyən olunub.
Xatırladaq ki, bu gün dollar 1,7369 manata bərabər olub.