Türk "F-16"ları İraqın şimalını bombaladı - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti anti-terror əməliyyatı keçirib. APA TV-nin Türkiyə mətbuatına məlumatına görə, "F-16"lar Qara bölgəsində PKK-ya aid mövqeləri bombalayıb.
Türk Silahlı Qüvvələri əməliyyat görüntülərini yayımlayıb.
Əməliyyat nəticəsində 19 terrorçu məhv edilib. Bundan əlavə terror qruplaşmasına aid 3 sığınacaq və düşərgə dağıdılıb.
Öldürülən terrorçuların Türkiyə sərhədini keçmək istədikləri barədə məlumat daxil olub.
Əməliyyatda iştirak edən qırıcılar daha sonra bazalarına dönüb.