YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət edib.
APA TV-nin xəbərinə görə, YAP rəhbərliyi, partiyadan olan millət vəkilləri, partiyanın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarı önünə əklil qoyublar.