Neftin qiyməti 57 dolları ötdü
Dünya birjalarında neft kəskin bahalaşıb. APA TV-nin məlumatına görə, "Brent" markalı neftin qiyməti 2015-ci ilin iyulun 21-dən etibarın ilk dəfə 57 dollar həddini aşıb.
Hazırda bu markadan olan neftin bir bareli 2,39 dollar artaraq 1 barrelə görə 57,02 dollar olub.
WTI neftinin qiyməti də 1 barrelə görə 2,39 dollar artaraq 53,89 dollar təşkil edib.
Nefti kəskin bahalaşdıran amil OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilatın azaldılmasını özündə ehtiva edən razılaşmanın imzalanmasıdır.