TOY KARVANI QƏZAYA UĞRADI, 19 yaşlı qız qəzada öldü

Tovuza toy karvanı ilə gedən avtomobil aşıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 416-cı kilometrliyində, Tovuz rayonun Düz Qırıxlı kəndi ərazisində baş verib. Sürücü Vaqif Fətullayev toy karvanı ilə hərəkətdə olarkən yüksək sürətlə idarə etdiyi BMW markalı avtomobili yolun kənarına aşırıb. Qəza zamanı, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb. Bunlar sürücünün həyat yoldaşı Gülşən Fətullayeva, övladları 10 yaşlı Aysel və 7 yaşlı Yusif Fətullayev və qohumu 19 yaşlı Aytən Hüseynovadır. Xəsarət alanlar Tovuz Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan, Aytən Hüseynova dünyasını dəyişib. İki  nəfərinsə vəziyyətinin ağır olduğu bildirilir.  Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdrıma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv