Azərbaycanda bəzi siqaretlər ucuzlaşdı
Bəzi siqaretlərin qiyməti dəyişib. "APA-Economics" xəbər verir ki, qiyməti 2 manatadək olan siqaretlərdən yalnız "West" markası altında satışda olan məhsullar 10 qəpik ucuzlaşıb.
Pərakəndə satış qiyməti 2 manatadək olan digər siqaretlərin dəyəri stabil qalıb. Pərakəndə satış qiyməti 2 manatdan artıq olan siqaretlərin mütləq əksəriyyəti isə 10 qəpik ucuzlaşıb. Burada yalnız "Davidoff" brendi istisnadır. Belə ki, bu marka altında satışa çıxarılan siqaretlər 40-50 qəpik ucuzlaşıb.