İstanbul terrorunda ölənlərin sayı 44 nəfərə çatdı
İstanbulun Beşiktaş rayonunda baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 44 nəfərə çatıb.
APA TV-nin məlumatına görə, ölənlərin 33-ü polisdir. Ölənlərdən birinin kimliyi hələlik müəyyənləşməyib. 140-dan artıq yaralı var. Yaralıların xəstəxanalarda müalicəsi davam edir.
Polis qüvvələri şəhərdə axtarışları davam etdirir. İndiyə qədər 13 şübhəli saxlanılıb. Daxili işlər naziri Süleyman Soylu terror aktını PKK-nın törətdiyini bildirib.
Qeyd edək ki, İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında dekabrın 10-da iki partlayış baş verib. Partlayışların “Beşiktaş” - “Bursaspor” matçından - azarkeşlərin stadionu tərk etməsindən sonra baş verdiyi bildirilir.