Türkiyədə döyüş təyyarəsi qəzaya uğradı
Türkiyədə döyüş təyyarəsi qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, hadisə Diyarbəkir vilayətində baş verib. F-16 qırıcısı təlim uçuşu zamanı yerə düşüb. Pilot katapult edib və sağ qalıb.
Hadisədən sonra bölgəyə axtarış-xilasetmə dəstələri cəlb edilib. Yaralı pilot xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Türkiyə Silahlı Qüvvələri hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, F-16 tipli döyüş təyyarəsi enişə hazırlaşarkən naməlum səbəbdən qəzaya uğrayıb.
Qəzadan sonra Diyarbəkir hava limanı təyyarə qəbul edə bilməyib. İstanbul-Diyarbəkir sərnişin təyyarəsi Elazığ hava limanına eniş edib.
İlkin ehtimala görə, qəzaya təyyarədəki texniki nasazlıq səbəb olub.