“Qızıl top”un sahibinin adı açıqlandı
Madrid "Real"ının və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu 2016-cı ilin yekunlarına əsasən "Qızıl top" mükafatının sahibi olub. APA TV-nin məlumatına görə, 31 yaşlı futbolçu karyerasında dördüncü dəfə dünyanın ən yaxşısı seçilərək, bu mükafata yiyələnib. Ronaldu 2008, 2013 və 2014-cü illərdə də "Qızıl top"u qazanmışdı.
Cari mövsümdə "Real"ın heyətində Çempionlar Liqası və Avropa Superkuboku qazanan Ronaldu Portuqaliya yığmasının heyətində Avropa çempionu olub.
O, dördüncü dəfə "Qızıl top" mükafatını qazanmaqla, Yohan Kroyf, Mişel Platini və Marko van Basteni keçib. Yalnız Lionel Messi 5 dəfə bu mükafata sahib çıxıb.
"Real" klublararası dünya çempionatında iştirak etdiyindən Ronaldu mərasimə qatıla bilməyib. Səsvermədə 173 jurnalist iştirak edib.
Xatırladaq ki, bu ildən etibarən “France Football” nəşri 2007-ci ilə qədər olduğu kimi “Qızıl top” mükafatının qalibini yenə jurnalistlər arasında müəyyənləşdirməyə başlayıb. Bundan əvvəlki illərdə bu prosesdə FİFA da iştirak edirdi. Qalibi təkcə jurnalistlər deyil, FİFA üzvü olan milli komandaların baş məşqçiləri və kapitanları da seçirdi.