Avro və rubl bahalaşdı - GÜNÜN MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dekabrın 12-si ilə müqayisədə dəyişməyərək 1,7430 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8535 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2090 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.
Rusiya rublu və Türkiyə lirəsi bahalaşıb, Gürcüstan larisi isə dəyər itirib. Hazırda 1000 rus rublu 28 manat 60 qəpik, 100 lirə 50 manat 14 qəpik, 100 gürcü larisi isə 66 manat 15 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.