Mixail Qorbaçov: "SSRİ məkanında yeni ittifaq yaradıla bilər"

“Keçmiş SSRİ ərazisində yeni ittifaqın yaradılması istisna deyil”. APA-nın məlumatına görə, bunu TASS-a müsahibəsində SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov deyib.

 

Onun fikrincə, yeni ittifaqın yaranması ehtimalı var: “Sovet  İttifaqına yox! Yeni İttifaqa hə! Eyni sərhədlər daxilində və eyni tərkibdə, amma könülü şəklidə ittifaq yaranması mümkündür”.

 

Qeyd edək, 8 dekabr 1991-ci ildə Rusiya, Belarus və Ukraynanın liderləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç SSRİ-nin fəaliyyətinin dayandırılmasına dair sənəd imzalayıblar. Onlar Müstəqil Dövlətlər Birliyinin yaradıldığını elan ediblər. 25 dekabr 1991-ci ildə isə Mixail Qorbaçyov SSRİ prezidenti vəzifəsindən istefa verib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı