Türkiyədə 8 deputat tutuldu, ölkədən qaçan şəxsə Fransada vətəndaşlıq verilir

Türkiyədə 8 millət vəkili barəsində zorla məhkəməyə gətirilmək qərarı çıxarılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, həmin millət vəkilləri PKK terror təşkilatına dəstək verən HDP-nin üzvləridir.


Qərar Osman Baydəmir, Dirayət Taşdəmir, Çağlar Dəmirəl, Səlma İrmak, Əhməd Yıldırım, Bəsimə Qönçə, Alican Önlü və Nadir Yıldırıma şamil ediləcək. Artıq HDP-nin qrup başqanı və Diyarbəkir millət vəkili Çağlar Dəmirəl ilə Siirt millət vəkili Bəsimə Qönçə Ankarada Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onlar dəfələrlə məhkəməyə dəvət olunsalar da, buna könüllü şəkildə əməl etməyiblər.

Bu arada Türkiyədən qaçan HDP Cizrə millət vəkili Faysal Sarıyıldız Fransanın Şampiqni şəhərinin fəxri vətəndaşı olacaq. O, bu adı şəhərin kommunist bələdiyyə sədri Dominik Adenot tərəfindən alacaq.
 


 

Müəllif | Apa.Tv
Elvin Bayramlı