Kəskin şaxtalar başlayır, çovğun gəlir - XƏBƏRDARLIQ
Bakı və Abşeron yarımadasında dekabrın 14-də hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam sulu qara, qara keçəcəyi, çovğun olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, temperaturun anomal gedişi gözlənilir, gecə və səhər 5-7, gündüz 1-4 dərəcə, Bakıda gecə və səhər 5-7, gündüz 1-4 dərəcə isti olacaq.
Təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlığa əsasən, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişiləcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi, dekabrın 14-də axşam və 15-də çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.
Tibbi-meteoroloji xəbərdarlığa əsasən, dekabrın 14-15-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfortlu və yağıntılı hava şəraiti meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə və gündüz 3-8 dərəcə isti, dağlarda gecə və gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.