Dolların məzənnəsi 1,75 manata yaxınlaşır
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının dekabrın 14-nə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının məzənnəsi bu günlə müqayisədə 0,26% artaraq 1,7475 səviyyəsində müəyyən olunub.
Xatırladaq ki, bu gün dollar 1,7430 manata bərabər olub.