Xaçmazda gecəyarısı qətl: 49 yaşlı qadın bıçaqlandı

Xaçmaz rayonunda qətl hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə bu gün gecə saat 04:00 radələrində qeydə alınıb.

 

Heydər Əliyev prospektində yaşayan 1967-ci il təvəllüdlü Ruzarya Georgiyevna Quçiyeva yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadını xilas etmək mümkün olmayıb.

 

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə təqsirli bilinən Xaçmaz şəhər sakini, 1985-ci il təvəllüdlü Turxan Akif oğlu Nəsirov saxlanılıb.

 

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan