Hələbdə 100-dən çox uşaq bombalanan binada qalıb

Suriyanın Hələb şəhərində Əsəd ordusunun endirdiyi zərbələrdən sonra bir binada 100-dən artıq uşaq çarəsiz qalıb.

 

APA TV-nin məlumatına görə, UNICEF Hələbin şərqində ölümlə üz-üzə qalan valideynsiz uşaqların təcili olaraq təxliyə olunması üçün çağırış edib.

 

UNICEF-in bölgə direktoru Geert Cappelaere "Dünyanın hələbli uşaqlar üçün ayağa qalxmasının və hazırda yaşadıqları  bu kabusa son verməsinin zamanıdır", -  deyə bildirib.

 

O, uşaqlar daxil məhkəməsiz edamla bağlı təsdiq olunmayan xəbərlərdən dərin narahatlıq duyduğunu dilə gətirib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı