Xaçmaz-Quba yolunda iki maşın toqquşdu

Bu gün Xaçmaz-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 9-cu km-də, Bayoba kəndi ərazində qeydə alınıb. İki “VAZ-2107” markalı avtomaşının toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

 

Hadisənin səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Vəli Turan