İstanbulda Rusiya Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirildi

Hələbdə baş verən hadisələrlə əlaqədar Rusiyanın İstanbuldakı Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirilib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, etiraz edən kütlə təkbir gətirməyə başlayıb.

Aksiya iştirakçıları Hələbin bombalanmasına qarşı çıxıb və Əsəd ordusunu, həmçinin onu dəstəkləyən qüvvələrə etiraz səslərini ucaldıblar. Daha sonra aksiya iştirakçıları ərazidən uzaqlaşıb.


 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə