İsrailin baş naziri Şəhidlər xiyabanını ziyarət edib
İsrail dövlətinin baş naziri Benyamin Netanyahu və xanımı Sara Netanyahu Şəhidlər xiyabanını ziyarət ediblər.
APA TV-nin məlumatına görə, B. Netanyahu Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının mənzərəsini seyr edən İsrail baş nazirinə və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Dekabrın 13-də Benyamin Netanyahunun Azərbaycana işgüzar səfəri başa çatıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrailin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.