Ermənistanda nazir öldü

Ermənistanda nazir ölüb. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, İrəvanın "Nairi" tibb mərkəzində ölkənin fövqəladə hallar naziri Armen Eritsyan keçinib.

O, ağır xəstəlikdən əziyyət çəkib və dekabrın 13-də vəziyyəti pisləşdiyindən tibbi mərkəzə çatdırılıb.

1960-cı ildə İrəvanda doğulan Armen Eritsyan Ermənistanın müxtəlif illərdə daxili işlər orqanlarında çalışıb.

O, 2010-cu ildən Ermənistanın fövqəladə hallar naziri vəzifəsini tutub.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə