Roma Papası Azərbaycana gələcək? - DƏVƏT
Roma Papası Frensis Azərbaycana dəvət olunub. Qafqaz Müsəlmanları İdarəsinin ( QMI) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə Roma Papasının Bakıda səfərdə olan nümayəndəsi, Vatikanın mədəniyyət naziri kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub. APA TV-nin xəbərinə görə, QMİ sədri çıxışına Vatikanı təbriklə başlayıb:
"Bu mənim Sizinlə ilk görüşümdür və buna görə Papanın seçilməsi münasibətilə Sizi, Sizin vasitənizlə Vatikanı təbrik edirəm.Vatikanla bizim sıx əlaqələrimiz mövcuddur və ümid edirik ki, bu, gələcəkdə də belə olacaq. Mən çox arzu edərdim ki, Roma Papası Azərbaycana gəlsin. Mən onu rəsmi olaraq Azərbaycana dəvət edirəm. Onu yaxından tanımaqda maraqlıyıq. Yəqin ki, bizim dövlət səviyyəsində də bu dəvət olacaq”.
Kardinal da Allahşükür Paşazadəni Vatikana dəvət edib. Kardinal bildirib ki, onlar Şeyxülislamın Vatikana səfər etməsində maraqlıdırlar. Bildirib ki, onlar AZərbaycanla mədəni sahədə də əlaqələrin genişləndirilməsində maraqlıdırlar.
Sonra hər iki tərəf ölkələrinin simvalonu əks etdirən hədiyyələr bağışlayıb.