İsrail əsgərləri ilə İŞİD arasında təbiət hadisəsi - ƏTRAF ZÜLMƏT OLDU

İşğal altında olan Qolan təpələrində son günlərdə İsrail əsgərləri ilə İŞİD arasında baş verən qarşıdurmalar artıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, növbəti qarşıdurmaların birində maraqlı hadisə yaşanıb.

İsrail əsgərləri mövqe tutmaq istərkən qarşı tərəflə onların arasında əmələ gələn qum fırtınası ortalığı zülmətə çevirib.

Əsgərlər bunu qara bulud zənn edib, görüntünü mobil telefonlarına köçürüblər. Daha sonra isə sosial mediada paylaşım edərək bunu ölkəni İŞİD-dən qoruyan ilahi bir qalxan kimi dəyərləndiriblər.  

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə